Mbappe üçün son addım qaldı
PSJ Liqa 1-in 25-ci turu çərçivəsində səfərdə “Marsel”lə qarşılaşıb. Görüş parislilərin qələbəsi ilə yekunlaşıb – 3:0.
Matçda qollardan ikisinə Kilyan Mbappe imza atıb. O, komandanın heyətində bütün yarışlarda 200 qol vuraraq, Edinson Kavaniyə çatıb. Fransalının klub tarixinin mütləq bombardiri olması üçün yalnız 1 topa ehtiyacı var.