“Hyuston”da vida
“Hyuston” basketbolçusu Derrik Feyvorsla yollarını ayıracaq. Mərkəz oyunçusu “Oklahoma”dan “Rokets”ə keçib.
Texas klubu heyətindəki oyunçuların sayını 15-ə endirməlidir. Bu üzdən Derrik komandadan kənar qalacaq.
Feyvors ötən mövsüm “Oklahoma”da çıxış edib. O, orta hesabla 5,3 xal və 4,7 ribaunda imza atıb.