“Barselona”dan Pedri üçün 18 milyon avro
“Barselona” Pedri üçün 18 milyon avro ödəyib. Klub bu ödənişi “Las Palmas”a edib.
Bu, bonus ödənişidir. Kataloniyalılar futbolçunu 2019-cu ildə 5 milyona alıblar. Lakin onun uğurlu çıxışı onun keçmiş komandasına qeyd olunan məbləği qazanmağa imkan verib. Ümumi transfer məbləği 23 milyon olub.