Premyer Liqada zədəli qapıçı
“Vulverhempton”un qapıçısı Joze Sa biləyi qırıq halda oynamaqda davam edir. Premyer Liqanın II turunun “Fulhem”lə matçında xəsarət alan qolkiper zədəli olsa da, hər görüşdə meydana çıxır.
Joze cari mövsümdə 9 matç keçirib. O, 12 top buraxıb. Qolkiper üç dəfə qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, Sanın müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.