Huntelar “Ayaks” rəhbərliyində

Huntelar “Ayaks” rəhbərliyində

Klas-Yan Huntelar “Ayaks” rəhbərliyinə keçib. 38 yaşlı hollandiyalı Amsterdam klubunun idman departamentində çalışacaq.

Huntelar “Ayaks”ın idman direktoru vəzifəsindən qovulan Mark Overmarsı müvəqqəti əvəz edən Cerri Hamstranın köməkçisi olacaq. O, klubla 2024-cü ilin iyuluna qədər müqavilə imzalayacaq.

Həmçinin, keçmiş forvard hazırda məşqçilik kursları keçir.

Xatırladaq ki, Huntelar 2006-2009 və 2017-2021-ci illərdə “Ayaks”da çıxış edib. O, klubda 257 oyunda 158 qol vurub. Sabiq hücumçu həmçinin “Şalke”, “Real Madrid” və “Milan”ın şərəfini qoruyub.

ETOPAZ

Əvvəlki yazı

Bruk Lopez qayıdır

Növbəti yazı

“Herta”da yeni baş məşqçi