Hirro ardıcıl üçüncü görüşü də buraxdı

Hirro ardıcıl üçüncü görüşü də buraxdı

“Mayami”nin basketbolçusu Tayler Hirro Şərq Konfransı finalının “Boston”a qarşı 6-cı oyununu (111:103, 3-3) buraxıb. Buna qasıq dartılması səbəb olub.

Hirro zədə səbəbindən ardıcıl üçüncü matçı buraxıb. O, “Seltiks”ə qarşı keçirilən öncəki iki oyunda da iştirak edə bilməyib.

22 yaşlı Tayler bu mövsüm 14 oyunda orta hesabla 13,5 xal, 4,1 ribaund və 2,9 məhsuldar ötürmə edib.

ETOPAZ

Əvvəlki yazı

Nketia ilə müqavilə uzadılır

Növbəti yazı

“Real” 14-cü dəfə Avropanın ən güclüsüdür