Hidayət Heydərov finalda!

Hidayət Heydərov finalda!

Paris-2024 Yay Olimpiya Oyunlarında cüdo yarışları davam edir. Bu gün Azərbaycan millisinin daha bir cüdoçusu tatamiyə çıxıb.

Hidayət Heydərov 73 kq çəkidə mübarizə aparır. O, yarımfinalda Akil Qyakova (Kosovo) ilə üz-üzə gəlib. Cüdoçumuz bu dueli də aktivinə yazıb və finala vəsiqə əldə edib – 1:0.

Qeyd edək ki, Azərbaycan cüdo millisi Olimpiadaya 9 idmançı ilə yollanıb. Onlardan dördü yarışın ilk iki günündə çıxışını başa vurub.

ETOPAZ

Əvvəlki yazı

Rövşən Nəcəf FIFA prezidenti ilə görüşdü

Növbəti yazı

Günün kuponu – 30.07.2024