Harden müqaviləni uzatmadı
“Filadelfiya”nın basketbolçusu Ceyms Harden klubla müqaviləsinin oyunçu bəndi ilə uzadılmasından imtina edib. O, növbəti mövsümdə 47,3 milyon dollar qazanmaq imkanından yararlanmayıb.
Harden məhdudiyyətsiz azad agent olmağa üstünlük verib. O, “Siksers”lə daha sərfəli şərtlərlə yeni anlaşma imzalamağın tərəfdarıdır.