Uilşir “Arsenal”a qayıdır
Cek Uilşir “Arsenal”a qayıtmağa yaxındır. Yarımmüdafiəçi futbolçu karyerasını bitirib London klubunda çalışa bilər.
“Topçular” U-23 və U-18 komandalarına baş məşqçi axtarır. Bu komandaların çalışdırıcıları “Krouli Taun”a keçib.
Hazırda klubsuz olan Uilşir vakant vəzifələrə namizəddir. Akademiyanın rəhbəri Per Mertezaker Ceklə danışıqlara başlayıb.
Qeyd edək ki, 2021/22 mövsümündə “Orxus”un formasını geyinən Uilşir Danimarka çempionatında 14 matç keçirib.