Harden 5-ci dəfə hamını qabaqladı

Harden 5-ci dəfə hamını qabaqladı

Ceyms Harden NBA-nın tarixinə düşüb. “Filadelfiya”nın lideri 5-ci dəfə müntəzəm çempionatda xal və ya ötürmə sayında hamını qabaqlayıb. O, üç dəfə ən yaxşı bombardir və iki dəfə ən yaxşı ötürmə verən oyunçu ünvanına sahib çıxan yeganə basketbolçudur.

Ceyms 2016/17 mövsümündə “Hyuston”da 11,2 ötürmə ilə çempionatın ən yaxşısı olub. O, 2017/18, 2018/19 və 2019/20 mövsümlərində ardıcıl üç dəfə xal sayında hamıdan öndə qərarlaşıb. 2022/23 mövsümünün müntəzəm çempionatında 10,7 ötürməsi olan Harden hamını qabaqlayıb.

ETOPAZ

Əvvəlki yazı

Ernandes məşqlərə başladı

Növbəti yazı

21-ci quru oyun