Haller xərçəngə qalib gəldi

Haller xərçəngə qalib gəldi

Xərçəng xəstəliyi səbəbindən karyerasına fasilə verən Sebastian Haller yaşıl meydanlara geri dönür. 28 yaşlı futbolçu yanvarda Dortmund “Borussiya”sının heyətinə qoşulacaq. 

İki dəfə əməliyyat olunan və artıq sağalan Hallerin həkimlərin nəzarətində qapalı məkanda məşqlərinə başlamasına da icazə verilib.

Qeyd edək ki, Fil Dişi Sahili millisinin üzvü “Borussiya”ya mövsümün əvvəlində 31 milyon avroya Niderlandın “Ayaks” klubundan transfer olunub.

ETOPAZ

Əvvəlki yazı

“Sevilya”da ayrılıq

Növbəti yazı

“Yuventus” Rabyonun qiymətini müəyyənləşdirdi