Halanddan tarixi göstərici
Erlinq Haland Premyer Liqanın tarixinə düşüb. Norveçli futbolçu ilk 4 səfər oyununda qol vuran yeganə futbolçu olub.
“Mançester Siti”nin hücumçusu “Vulverhempton”la qarşılaşmada seriyasını rekord həddə çatdırıb. O, komandasının 3:0 hesablı qələbəsində pay sahibi olub.
Qeyd edək ki, digər qolları Cek Qrilişlə Fil Foden vurub.