Halanda iki ay vaxt verildi

Halanda iki ay vaxt verildi

Dortmund “Borussiya”sı hücumçusu Erlinq Halanda yeni müqavilə ilə bağlı vaxt verib. 21 yaşlı forvard qərarını iki ay ərzində rəhbərliyə çatdırmalıdır.

Avropa nəhənglərinin maraq dairəsində olan norveçli fevralda almanlara gələcəyi ilə bağlı qərarını açıqlamalıdır. O, həmin vaxta qədər yeni sözləşməyə razılıq verməsə, “Borussiya” mövsümün sonunda onunla bağlı digər təklifləri dəyərləndirəcək.

Qeyd edək ki, Halandın “Borussiya” ilə hazırkı müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. Klub rəhbərliyi onunla yeni anlaşma imzalamaq niyyətindədir.

ETOPAZ

Əvvəlki yazı

Lebron 36 minə çatdı

Növbəti yazı

Arteta koronavirusa yoluxdu