Arteta koronavirusa yoluxdu
İngiltərə Premyer Liqasında daha bir məşqçi koronavirusa yoluxub. “Arsenal”ın baş məşqçisi Mikel Artetanın testi pozitiv nəticələnib.
39 yaşlı çalışdırıcı karantinə alınıb. O, 2022-ci ilin ilk günündə Premyer Liqanın XXI turunda “Mançester Siti” ilə matçda texniki zonadakı yerini tuta bilməyəcək.
Qeyd edək ki, “Arsenal” hazırda 35 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.