Günün şansı – 10.04.2024

Günün şansı – 10.04.2024

Atlanta Havks – Mayami Hit 2

Pley-off mübarizəsində hər oyuna qələbə üçün çıxan “Mayami” “Atlanta” səfərinə yollanır. Hər iki komanda üçün qələbə olduqca vacibdir. Cimmi Batlerin şərəfini qoruduğu “Mayami”nin bu matçda qalib gələcəyini düşünürəm.

Minnesota Timbervolfs – Vaşinqton Uizards 1

Qarşılaşmanın aşkar favoriti meydan sahibləridir. Uğursuz mövsüm keçirən “Vaşinqton”un demək olar ki, heç bir iddiası qalmayıb. “Minnesota”nın qalib gələcəyini düşünürəm.

Oklahoma Siti Tander – Sakramento Kinqs 2

Pley-offa vəsiqəni təmin edən və olduqca uğurlu mövsüm keçirən “Oklahoma” öz meydanında “Sakramento”nu qəbul edəcək. Mövsümə davam etmək istəyən qonaq komanda üçün isə bu qarşılaşma olduqca vacibdir. Matçın qonaqların xeyrinə bitəcəyini düşünürəm.

İlkin Məmmədov

Əvvəlki yazı

Uilyams “Çelsi”nin hədəfində

Növbəti yazı

Alkaras Monte-Karlodan kənarda qaldı