Günün kuponu – 30.03.2024
Nyukasl – Vest Hem QOL/QOL
İki bərabər səviyyəli komandaların qarşılaşması. “Nyukasl” ev oyunlarında demək olar ki, meydanı qolsuz tərk etmir.
Eyni sözlər “Vest Hem” üçün də keçərlidir. Onlar da səfər oyunlarında fərqlənməyi bacaran komandadır. Düşünürəm ki, azarkeşlər maraqlı və qollu oyun seyr edəcəklər.
Latsio – Yuventus – Cüt şans X2
Turinlilər bu mövsüm 2-3-cü yer uğrunda gərgin mübarizədədir. Lakin, son 8 oyunda cəmi 1 qələbə əldə ediblər. Çətin oyun olacaq. Amma, düşünürəm ki, “Yuve” evə yaxşı nəticə ilə dönəcək.
Barselona – Las Palmas 1
Son günlər “Katalon”ların işi istədikləri kimi gedir. Məqsəd bütün oyunlarda qələbə qazanaraq və “Real”ın xal itirməsini gözləməkdir. Favorit açıq aşkar “Barsa”dır. Fikrimcə, çox rahat 3 xalı qazanacaqlar.