Günün kuponu – 30.01.2024
Özbəkistan – Tayland 1
Asiya Kubokunun gizli favoritlərindən olan Özbəkistan 10 oyundur uduzmur və son 9 matçından altısında qalib gəlib. Tayland da 3 oyundur uduzmur. Amma istənilən halda nominal meydan sahibləri daha güclüdür.
Səudiyyə Ərəbistanı – Cənubi Koreya 2
Cənubi Koreya turnirə gözlənildiyi qədər uğurlu başlamasa da, tədricən forma yığır. Son matçda Bəhreyn üzərində 3:1 hesablı qələbə koreyalıların güclərini daha əhəmiyyətli oyunlara saxladığını göstərdi.
Roberto Mançininin Səudiyyə Ərəbistanı isə turnirə əla başladı və yalnız Taylandla son matçda qolsuz bərabərə qalıb xal itirdi. Bu matçda da favoritdən qələbə gözləyirəm.
Mali – Burkina Faso 1
Afrika Millətlər Kubokunun bu 1/8 final qarşılaşmasının favoriti Malidir. Komanda son 10 oyundan yeddisində qalib gəlib, 3 heç-heçə edib və əla formadadır. Burkina Faso isə qeyri-sabit çıxışı ilə seçilir. ETOPAZ Malinin qələbəsinə cəlbedici əmsal verir. Zənnimcə, bu variantı sınamağa dəyər.