Günün kuponu – 29.11.2022

Günün kuponu – 29.11.2022

Ekvador – Seneqal QOL/QOL
Seneqal 2 turdan sonra 3 xala malikdir və qrupda 3-cü yeri tutur. Aliu Sissenin komandası Qətər üzərində 3:1 hesabı ilə qələbə qazansa da, qollar rəqibin fərdi səhvlərindən vuruldu.
Elvador isə ötən tur Niderlandddan 1 xal ala bildi. Mundialda artıq 3 qol vurmuş Enner Valensiyanın komandasını bu matçda heç-heçə də qane edir.

Niderland – Qətər 1
Niderland oyunun aşkar favoritidir. Düzdür, hələ ki Lui van Qaalın komandası gözlənilən ümidləri doğrultmur. “Narıncılar” Seneqalı matçın sonlarında vurulan qollarla çətinliklə məğlub etdi, Ekvadorla görüşdə isə xal itirdilər. Lakin bu dəfə Niderlandın qələbəsi heç kimdə şübhə doğurmur. Çünki rəqib turnirin ən zəiflərindən olan və növbəti mərhələyə yüksəlmək üçün bütün şanslarını itirmiş meydan sahibi Qətərdir.

İran – ABŞ ALT 2,5
Bu, sadəcə sıradan bir oyun deyil. 90 dəqiqə ərzində yəqin ki, meydanda hər cür mübarizə görəcəyik. Aktivində 3 xalı olan İran millisi daha şanslı görünür.
ABŞ seçməsi 2 oyuna cəmi 1 qol vura bilib. Bu dəfə amerikalılar hücumda oynamalıdırlar, əks halda qrupda qalacaqlar.
İran yığmasında “Feyenoord”un hücumçusu Əlirza Chaxanbaxş sarı vərəqə cəzalısı olduğundan komandasına kömək edə bilməyəcək.
Xatırladaq ki, 1998-ci ilin dünya çempionatında İran ABŞ üzərində 2:1 hesabı ilə qələbə qazanmışdı.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Messi MLS klubuna keçməyəcək

Növbəti yazı

Sürpriz kupon – 29.11.2022