Sürpriz kupon – 29.11.2022
Uels – İngiltərə ALT 2,5
Uels ötən tur İrana uduzaraq (0:2) işini xeyli çətinə saldı.Qaret Beylin lider olduğu komanda 1-ci turda ABŞ-la görüşdə də zəif təsir bağışlasa da, 1 xal qazana bilmişdi – 1:1.
Uelsin əsas qapıçısı Ueyn Hennessi İranla matçda qırmızı vərəqə aldığından meydana çıxa bilməyəcək.
Bu komandalar arasında son 6 oyunda ingilislər qələbə qazanıb. Məncə, Qaret Sautgeytin komandası ehtiyatlı oynayacaq və bu səbəbdən bol qol gözləmirəm.
Niderland – Qətər ÜST 2,5
Qətər iki oyunda qapısında 5 top görüb. Niderlandlı futbolçular oyuna konsentrasiya olsalar, böyük hesabla qələbə qazana bilərlər.
Van Qaalın Qətərə qarşı hansı heyəti meydana buraxacağı da maraqlıdır. Ola bilsin ki, ötən görüşlərdə oynamayan və az şans əldə edən futbolçular forma geyinsinlər.
“Sumqayıt” – “Qəbələ” 1
“Sumqayıt” 5 xalla çempionatın aşkar autsayderidir. Samir Abasovun komandası Azərbaycan kubokunda “Kəpəz”ə də uduzaraq, mübarizəni dayandırdı. “Sumqayıt” hələ ki çempionatın qələbə qazanmayan yeganə komandasıdır.
Sürpriz kupondursa, 1 yazıb “Sumqayıt”ın mövsümdə ilk qalibiyyətini gözləmək olar.