Günün kuponu – 27.12.2022
Çelsi” – “Bornmut” 1
“Bornmut” bir həftə öncə Liqa kubokunda “Nyukasl”a məğlub oldu – 0:1.
London klubu isə son rəsmi oyununu noyabrın 12-də Premyer Liqa çərçivəsində “Nyukasl”a qarşı keçirib.
Qrem Potter çətin ki, dünya çempionatından yorğun qarıdan Mateo Kovaçiç (Xorvatiya), Hakim Zieş (Mərakeş) kimi futbolçulara start heyətində şans versin.
“Zadəganlar” son matçlarda “Bornmut”a qarşı çətinlik çəkirlər. “Çelsi” Premyer Liqada son 3 görüşdə “Bornmut” üzərində qələbə qazana bilməyib – 1 heç-heçə, 2 məğlubiyyət.
“Ankaragücü” – “Ümraniyespor” 1
“Ümraniyespor”un bu mövsüm Türkiyə Super Liqasında qalması çətin olacaq. Komanda 14 oyuna cəmi 7 xal toplayıb və sonuncu 19-cu yeri tutur.
Paytaxt klubu isə fasilədən sonra hər iki oyunda qalib gəlib. Ankara təmsilçisi əvvəlcə kubokda “Tuzlaspor”dan üstün oldu (2:0), daha sonra çempionatda “Antalyaspor”u səfərdə məğlub etdi – 2:0.
Bu qarşılaşmanın da favoriti meydan sahibləri sayılır.
“Fənərbaxça” – “Hatayspor” 1
“Fənər” 3 gün əvvəl prinsipial oyunda səfərdə “Trabzonspor”a uduzdu – 0:2. Jorje Jezuşun komandasının heyətlə bağlı çətinlikləri var. Miqel Krespo ötən tur qırmızı vərəqə aldığından komandasına kömək edə bilməyəcək. Bundan başqa, Alioski, Sanqare, Arda Güler, Luan Peres də zədəlidir.
“Fənər”in “Hatayspor”a qarşı oyunları çox vaxt yaxşı alınıb. İstanbul klubu son 3 görüşdə rəqibi üzərində qələbə qazanıb.