Sürpriz kupon – 26.12.2022
“Ridinq” – “Suonsi” ÜST 2,5
Hər iki komanda 23 oyundan sonra 32 xal toplayıb. “Suonsi” turnir cədvəlində rəqibini yalnız topların daha yaxşı fərqinə görə qabaqlayır.
“Ridinq” son oyunda “Birmingem”ə uduzub – 2:3. “Suonsi” isə “Koventri” ilə xalları yarı bölüb – 3:3.
Bu komandalar arasında son 5 görüş ÜST 2,5 gəlib. Ümid edirəm ki, bu dəfə də bollu qollu oyun alınar.
“Sent Trüden” – “Zulte Vareqem” ÜST 2,5
“Zulte Vareqem” 13 xalla təhlükəli zonadadır. “Sent Trüden” fasilədən sonra kubokda “Brügge” üzərində qalibiyyət əldə edib – 4:1.
Meydan sahiblərinin heyətində bir vaxtlar “Borussiya”da oynamış Sindzi Kaqava zədəlidir.
“Sent Trüden” bu matçda böyük hesabla da qələbə qazana bilər.
“Vesterlo” – “Antverpen” 2
3-cü yeri tutan “Antverpen” lider “Genk”dən 11 xal geri qalsa da, 2-ci pillədəki “Royal Union”dan yalnız 1 xal az toplayıb. Liderlər qrupundan aralı düşməmək üçün “Antverpen”ə bu matçda qələbə lazımdır.
“Antverpen” bir həftə əvvəl kubokda “Standart Liej”i darmadağın edib – 4:0.