Günün kuponu – 27.12.2022

Günün kuponu – 27.12.2022

“Ayaçço” – “Anje” – cüt şans x2

Ayyarımlıq fasilədən sonra Fransa çempionatında mübarizə qaldığı yerdən davam edir. Hər iki komanda autsayderlər qrupunda olduğundan tərəflər üçün xal qazanmaq çox vacibdir. Xüsusən də son sırada qərarlaşan “Anje” üçün. Öz aralarındakı son 6 dueldən yalnız birində “Ayaçço”ya uduzan “Anje” fikrimcə, bu görüşdə də məğlub olmayacaq. Cüt şans üçün 1,74 əmsal az deyil, mərc etməyə dəyər.

“Klermont” – “Lill” – 1-ci hissə cüt şans 12

Komandaların hər ikisinin hücum potensialını nəzərə alaraq məhsuldar bir oyun gözləyirəm. Ona görə ilk yarını tərəflərdən birinin üstün bitirəcəyini təxmin edirəm. İlk yarı heç-heçə bitmirsə, demək, kuponunuzdakı 1,58 əmsal uduşludur. Mən belə də gözləyirəm.

“Reyncers” – “Motervel” – 1-ci hissə künc zərbələri – 1

Künc zərbələri Britaniya futbolunun tərkib hissəsidir. “Reyncers” kimi komandaların isə əsas “silah”larından biri. Zənnimcə, Qlazqo təmsilçisi öz meydanında bu “silah”dan oyunboyu maksimum faydalanacaq.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Fulhem”də yeni müqavilə

Növbəti yazı

Sürpriz kupon – 27.12.2022