“Bavariya” və “Benfika” 1/8 finalda, “Milan” ÇL-lə vidalaşdı
Sürpriz kupon – 27.12.2022
“Trua” – “Nant” – 2
Mövsümü qeyri-sabit keçirən 2 komandanın dueli. “Trua” 13-cü, “Nant” 15-ci pillədə yer alır. Bukmekerlər cüzi də olsa üstünlüyü meydan sahibinə verir. Mən əksini düşünürəm : Son 6 dueldə bu komandaya yalnız bir dəfə uduzan “Nant” məncə, azı 1 xal qazanacaq. Hətta bir az da riskə gedərək “Qarabağ”ın keçmiş rəqibindən səfərdə qələbə gözləyirəm. Və bu qələbənin əsası artıq matçın ilk yarısında qoyula bilər. Ona görə taym 2-ni, 3,30 əmsalı dəyərləndirək.
“Reyncers” – “Motervell” – QOL/QOL
“Reyncers” hər nə qədər əzəmətli olsa da, əksər oyunlarda qapısından azı 1 qol buraxıb. Elə həmin bu “Motervell”ə qarşı keçirdiyi son 8 matçın hamısında qarşılıqlı qollar qeydə alınıb. 2,05 əmsal da bir tərəfdən “gəl-gəl” deyir. Ona görə kupona bu matçın qol/qolunu da daxil edirəm.
“Alaniyaspor” – “Kayserispor” – 1-ci hissə cüt şans 12
Bol qollu oyun ola bilər. Ən azı statistika belə deyir. Amma ilk yarını tərəflərdən birinin hesabda üstün bitirməsi mənə daha “cəlbedici” gəldi. Zatən qol/qol və ya mən seçən variant, hər ikisinin əmsalı eynidir – 1,55. Mən ilk yarıda heç-heçə olmayacağına mərc edirəm.