Günün kuponu – 26.04.2022
“Mançester Siti” – “Real” QOL/QOL [nowbetnow-dynamic dyn_code=1348]
“Kral klubu” əsas rəqiblərindən olan “Sevilya”nı məğlub etdikdən sonra ötən tur “Osasuna” səfərindən də qələbə ilə döndü. “Real”da Ferlan Mendi, Valexo, Marselo, Azar kimi futbolçular forma geyinə bilməyəcək. Üstəlik, Kazemironun da oynaması sual altındadır.
“Şəhərlilər”in müdafiə xəttində itkilər var.
Hər iki komanda qol vurmağı əla bacarır. Odur ki, qol/qol gözləməyinə dəyər.
“Suonsi” – “Bornmut” 2 [nowbetnow-dynamic dyn_code=1347]
78 xalla 2-ci yeri tutan “Bornmut” Premyer Liqaya yüksəlməyə əsas namizədlərdəndir. 3-cü sırada olan “Haddersfild” cəmi 2 xal geri qaldığından risk etmək olmaz.
14-cü pilədə qərarlaşan ‘Suonsi”nin bu mövsümlə bağlı ciddi iddiaları qalmayıb. “Suonsi”nin son 3 matçının heç-heçə başa çatması da dediyimizə sübutdur.
Son 5 turda cəmi 6 xal yığan “Bornmut”un bu dəfə büdrəməyə ixtiyarı yoxdur.
“Fulhem” – “Nottingem” QOL/QOL [nowbetnow-dynamic dyn_code=1350]
“Fulhem” artıq Premyer Liqaya vəsiqə qazandığından oyuna rahat çıxacaq. “Nottingem” isə 4-cü pillədədir və ən pis halda pley-off oyunlarına qatılmağı hədəfləyir. Qonaqların əsas hücumçularından Devis komandasına kömək edə bilməyəcək.
Bu klublar arasında son 5 oyunun dördündə “Fulhem” qalib gəlsə də, meydan sahibləri bu dəfə heyətdə eksperimentlər edə bilərlər. Belədə ən yaxşı variant qol/qoldur.