“Bavariya” və “Benfika” 1/8 finalda, “Milan” ÇL-lə vidalaşdı
Fabreqas karyerasını bitirir
“Monako”nun futbolçusu Sesk Fabreqas karyerasını bitirməyə qərar verib. Yarımmüdafiəçi mövsümün sonunda futbolçu karyerası ilə vidalaşacaq.
34 yaşlı ispaniyalı “Monoko”nun ikinci komandasının oyununda zədələnib. Bu üzdən mövsümü başa vuran Fabreqas yayda karyerasına son qoymağı məqsədəuyğun sayıb. İspaniyalı yayda bitəcək müqaviləsinin də uzadılmamasını nəzərə alaraq belə addım atacaq.
Qeyd edək ki, Sesk 2019-cu ildə “Çelsi”dən “Monako”ya keçib. Bunadək isə yarımmüdafiəçi “Arsenal” və “Barselona”da oynayıb.