Günün kuponu – 26.02.2023
“Tottenhem” – “Çelsi” – QOL/QOL
Premyer liqada dördüncü olan “Tottenhem” yaxşı günlərini yaşamayan “Çelsi”ni qəbul edir. Avrokuboklarda daxil olmaqla son beş matçda qələbəyə həsrət olan zadəğanlar London derbisində meydana çıxacaq. Bu matçda hər iki tərəfin qol vuracağını düşünürəm.
“Almeriya” – “Barselona” – 2
Lider “Barselona”nın səfərdə zəif “Almeriya” ilə matçda asan qələbə qazanacağını düşünənlər az deyil. Avropa Liqasında “Mançester Yunayted”ə uduzan kataloniyalıları indi La Liqada çətin mübarizə gözləyir. Qonaqların favorit olduğunu sübut edəcəyinə inanıram.
“Atletik Bilbao” – “Jirona” – ÜST2.5
Ötən tur “Almeriya”ya 6-2 hesabı ilə qalib gələn “Jirona” indi Bilbaoda “imtahan” verəcək. La Liqada 7-ci pillədə olan meydan sahiblərinə qələbə çox vacibdir. Çünki hər itirilən xal Bilbao klubunu avrokuboklardan kənarda qoya bilər.