Günün kuponu – 25.11.2023
“Mançester Siti” – “Liverpul” – QOL/QOL
İngiltərədə “mövsümün oyunları”ndan biri. Zirvədə qərarlaşan “Siti” ən yaxın izləyicisi “Liverpul”u 1 xal qabaqlayır. Qələbə qonaqları liderliyə yüksəldəcək. Hər iki komandanın super hücum xətti var. Aralarındakı son oyunlarda olduğu kimi bu duelin də qarşılıqlı qollarla keçəcəyini düşünürəm.
“Verder” – “Bayer” (Leverkuzen) – 2,5 ÜST
Fantastik mövsüm keçirən Leverkuzen klubu hələki məğlubiyyət nə olduğunu bilmir. “Verder”lə matç həm də “Bayer”in baş məşqçisi Xabi Alonsonun doğum gününə təsadüf edir. Yəqin ki, komandası onun 42 yaşına qələbə hədiyyə etməyə çalışacaq.”Verder”in də öz evində asan təslim olmayacağını nəzərə alsaq, məhsuldar qarşılaşma gözləniləndir.
“Volfsburq” – “Leypsiq” – 1-ci hissə cüt şans 12
Bol qol gözlədiyim oyunlara mərc üçün adətən bu variantı seçirəm. Hətta 90 dəqiqənin yekununda qolların sayı 2,5 üst olmasa belə, bəzən ilk hissədə qeydə alınan 1:0 və ya 2:0 bu variantın doğrulmasını təmin edir. Ona görə inandığım seçimə bir daha güvənirəm.