Sürpriz kupon – 25.11.2023
“Verder” – “Bayer” (Leverkuzen) – 1-ci hissə cüt şans 12
Bol qol gözlədiyim qarşılaşmada hesabdakı bərabərliyin komandalar fasiləyə çıxana qədər pozulacağını düşünürəm.
“Rayo Valekano” – “Barselona” – QOL/QOL
“Barsa” son 2 mövsümdə “Rayo Valekano”ya səfərdə məğlub olub. Bu dəfə də eyni halın təkrarlanacağını iddia etmirəm. Amma meydan sahibinin azı bir qol vuracağını təxmin edirəm. “Barsa” da məncə, meydanı qolsuz tərk etməyəcək.
“Mançester Siti ” – “Liverpul” – kornerlər – 9,5 ÜST
Premyer liqanın liderlərinin duelinin baxımlı futbol tamaşası olacağına şübhə etmirəm. Kornerlər də bu matçın əsas tərkib hissələrindən biri olacaq. Bir qədər riski görünsə də, matçda ümumilikdə 9-dan çox künc zərbəsi vurulacağını təxmin edirəm.