Günün kuponu – 25.11.2022
Uels – İran 1
İranın dünya çempionatındakı birinci oyunu göstərdi ki, ölkədəki vəziyyət futbolçuların psixoloji durumuna təsir göstərib. Üstəlik, əsas qapıçı Əlirza Beyrəvənd də İngiltərə ilə oyunda zədələndi.
Uels ABŞ-la matçda 0:1 geridə olsa da, 1 xal çıxara bildi. Qaret Beylin komandası bu oyunda qələbəyə daha yaxındır.
Qətər – Seneqal 2
Meydan sahibləri ilk matçda çox pis təsir bağışladılar. Qətər hələ ki, Kosta Rika ilə birgə mundialın ən zəif bəndi kimi görünür.
Seneqalda Abdu Diallonun oynaması sual altındadır. Hər iki komandanın son şansı olduğundan gərgin oyun gözlənilir.
Niderland – Ekvador 1
Niderland Seneqalla ilk matçda yalnız sonda vurulan qollar hesabına qələbə qazandı – 2:0. Açığı, Lui van Qalın komandası o qədər də inamlı təsir bağışlamadı. Amma mütəxəssislərin sözlərinə görə, Niderland birinci oyunda çox güc sərf etmək istəməyib. “Narıncılar” qalib gəlib növbəti mərhələyə vəsiqəni təmin edə bilər.