Günün kuponu – 25.02.2023

Günün kuponu – 25.02.2023

“Lester” – “Arsenal” – 2

“Lester” bu çempionatda stabil futbol nümayiş etdirmir. Üstəlik turnir cədvəlinin 14 pilləsində qərarlaşıb. Baxmayaraq ki son turlarda qələbə qazana biliblər. “Arsenal” yenidən liderliyini qaytara bildi. Aralarındakı son 5 oyunun 4-də “Arsenal” və 1-də “Lester” qalib gəlib. Bu oyunun favoriti olan “Arsenal” liderliyini qoruyub növbəti qələbəsini qazanacaq.

“Real”M – “Atletiko”M – 1

Çempionlar liqasında keçirdikləri möhtəşəm oyun və “Liverpul”u darmadağın edən nəticə. Hücumlarını ildırım sürəti ilə keçirən “Real” yaxşı müdafiə olunan rəqibə qarşı. Qonaq “Atletiko” son oyunlarda qələbə qazansa da, çox çətinliklə qarşılaşmanı başa vura bilir. Liderdən geri qalmamaq üçün “Real” nəyin bahasına olursa olsun qələbə qazanmalıdır.

“Empoli” – “Napoli” – 2

Ev sahibi “Empoli”ni seriya “A”nın ortabab komandalarından saymaq olar. Təhlükəli zonadan bir az uzaqlaşıb. Yuxarı yerlər uğrunda mübarizə aparır. “İnter” üzərində olan qələbədən sonra heç-heçə edir və məğlub olur. “Napoli” Çempionlar liqasında “Ayntraxt”ı məğlub edib hər cəbhədə inamla irəliləyir. Heyət baxımdan heç bir problemləri yoxdur. Çətin səfər matçı olmaqla bərabər liderliyini davam etdirmək üçün növbəti qələbəni qazanmalıdır.

Mr. X

Əvvəlki yazı

Premyer Liqa klubunda təyinat

Növbəti yazı

Sürpriz kupon – 25.02.2023