Günün kuponu – 23.12.2022

Günün kuponu – 23.12.2022

“Neftçi” – “Şamaxı” 1
“Neftçi” həftəiçi kubok matçında “Zirə”yə qarşı çox əziyyət çəkdi. Amma “ağ-qaralar” yarımfinala yüksələ bildilər.
“Şamaxı” indi yaxşı formadadır və 3 oyundur uduzmur.
Paytaxt klubu qış fasiləsinə yüksək əhval-ruhiyyədə getmək üçün bu görüşdən qalib ayrılmalıdır. “Neftçi” doğma divarlar arasında bu şansı əldən verməz.

“Sumqayıt” – “Sabah” 2
“Sabah” artıq 4 oyundur qələbə qazana bilmir.
“Sumqayıt” son iki matçda qalib gəlib.
Paytaxt klubunda son dönəm aşkar eniş hiss olunur. Bunu baş məşqçi Murad Musayev də etiraf edir. Amma qonaqlar bu dəfə Sumqayıtdan 3 xalla dönmək üçün əllərindən gələni edəcəklər.

“Ümraniyespor” – “Başakşehir” QOL/QOL
Dünya çempionatı ilə bağlı yaranmış fasilə başa çatır.
“Başakşehir” çempionatın aşkar autsayderi “Ümraniyespor”un qonağı olacaq.
“Başakşehir” fasilədən əvvəl Hataydan 3, “Qalatasaray”dan isə 7 top buraxmışdı. Bu komandanın müdafiə xəttindəki vəziyyəti göstərir.
Məncə, hər iki tərəf fərqlənə bilər.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Messi PSJ ilə müqaviləsini yeniləyəcək

Növbəti yazı

Sürpriz kupon – 23.12.2022