Sürpriz kupon – 23.12.2022
“Gent” – “Standart Liej” ÜST 2,5
“Standart” 3 gün əvvəl kubokda “Antverpen”ə 0:4 uduzaraq mübarizəni dayandırdı. Komanda fasilə dövründəki 4 yoxlama oyununun üçündə məğlub olub.
“Qarabağ”ın gələcək rəqibi “Gent” isə son matçlarda yaxşı təsir bağışlayır.
Bu komandalar arasında son 4 görüşün üçündə ÜST2,5 gəlib.
“Mexelen” – “Serkl Brügge” QOL/QOL
Komandaların şansları bərabər qiymətləndirilir.
“Mexelen” hazırda 13-cü yeri tutur və təhlükəli zonadan üç pillə qabaqdır. Qonaqların heyətində itkilər çoxdur.Ola bilsin ki, bu oyunda qalib müəyyənləşməsin.
“Sumqayıt” – “Sabah” QOL/QOL
“Sumqayıt” son oyunlarda yaxşı təsir bağışlayır. Meydan sahibləri azarkeşlərin dəstəyi ilə uğurlu seriyanı davam etdirməyə çalışacaqlar. Lakin “Sabah” da yüksək yerlər uğurunda mübarizə aparır. Münasib variant qol/qol ola bilər.