Günün kuponu – 23.11.2022
İspaniya – Kosta-Rika 1
Kosta-Rika DÇ 2022-yə ən son vəsiqə qazanmış ölkədi. Bukmekerlər kostarikalıları turnirin autsayderi hesab edir. İspaniyanın gücü isə bəllidi. Luis Enrikenin komandasına Qətərdə uğurlu debüt üçün bundan yaxşı rəqib tapmaq çətindi.
Almaniya – Yaponiya 1
Almaniya bütün böyük turnirlərin ənənəvi favoritlərindən hesab olunur. Bundestim DÇ 2022-yə Asiya futbolunun nəhənglərindən Yaponiya ilə matçla start verəcək. Hans Diter Flikin baş məşqçi rolunda bu cür mötəbər turnirdə debüt oyununda qalib gəlmək üçün hərtərəfli şansı var.
Belçika – Kanada 1
Belçika futbolunun “qızıl nəsli” bu mundialda da qarşısına ən yüksək hədəflər qoyur. Kanada üçün isə dünya çempionatının final mərhələsində iştirakın özü çox böyük uğurdu.
Roberto Martinesin ixtiyarında yetərincə yüksəksəviyyəli ifaçılar var ki, o DÇ 2022-nin ilk matçında qələbəyə ümid etsin.