Günün kuponu – 23.10.2022
“Lids” – “Fulhem” – Q/Q
Hər iki komanda çempionata yaxşı start verə bilməyib. Turnir cədvəlində 9 xalla “Lids” 16 pillədədir. Qonaq “Fulhem”in 12 xalı var və 12 yerdə qərarlaşıb. Statistikaya görə çempionşipdə 40 oyun keçiriblər. Onlardan 16 “Lids” 13 “Fulhem” və 11-də heç-heçə bitib. Primyer-liqada 18 oyun oynayıblar. “Lids” 8-də “Fulhem” 6-da və 4-də heç-heçə tamamlanıb. Qarşılaşmalarının çoxunda məhsuldarlıq nümayiş etdirirlər. Bu oyunda favorit görmürəm. Ən yaxşı ehtimal olunan nəticə qol-qoldur.
“Tottenhem” – “Nyukasl” – 2,5 ÜST
Bu çempionata yaxşı start verən iki kollektiv qarşılaşır. Demək olar bütün yarışlarda üz-üzə gəliblər. Primyer-liqada 140 dəfə qarşılaşıblar. 63-də “Tottenhem” 48-də “Nyukasl” qələbə qazanıb. 29 oyun heç-heçə ilə bitib. Toplar 243-205-dir. Liderdən 4 xal geri qalan “Tottenhem” 11 oyun 7 qələbə 2 heç-heçə 2 məğlubiyyəti var. Qonaq komanda 11 oyun 4 qələbə 6 heç-heçə 1 məğlubiyyət. Hər iki komanda məhsuldarlığı ilə seçilir. Proqnoz bu oyuna 2,5 Üstdür.
“Atalanta” – “Latsio” – 2,5 ÜST
Seria “A” da bu qarşılaşmanı bəlkədə turun mərkəzi oyunu adlandırmaq olar. Bu çempionatda yaxşı oyunlarla bərabər hər iki komanda məhsuldarlığı ilə də seçilir. “Atalanta” məğlubiyyətsiz seriyanı davam etdirir. Üstünlüyü Avro-kuboklarda iştirak etməməsidir. Qonaq “Latsio” isə ağlında avro-kubok qarşılaşmalarını saxlayacaq. Şansı var qrupda 1-ci yeri tutsun və yaxud hər iki oyunu uduzub sonuncu pilləni tutsun. Favorit “Atalanta” olsada biz ehtimalı çox olan 2,5 Üst nəticəsinin üzərində dayanaq.