Sürpriz kupon – 23.10.2022

Sürpriz kupon – 23.10.2022

“Roma” – “Napoli” – Q/Q

Bu oyunun qonaq komandası hələdə məğlubiyyətlə qarşılaşmayıb. Bizləri çox maraqlı oyun gözləyir. Bu rəqiblərin qarşılaşmaları necə nəticələnəcək demək çətindir. Hər iki komanda bu oyunda qalib gələ bilər. Amma bir balaca üstünlük “Napoli” tərəfindədir. “Roma” evdə azarkeşləri önündə yaxşı oyun sərqiləməyə çalışacaq. Liderdən 4 xal geri qalır. Bu oyuna proqnoz qol-qoldur.

“Bohum” – “Union” B – 2

Bundesliqada çox maraqlı oyun keçiriləcək. Turnir cədvəlinin lideri “Union” sonuncu pillədə qərarlaşan “Bohum”un qonağı olacaq. 10 oyunda cəmi 1 qələbəsi və 1 heç-heçəsi olan ev sahibi, 10 oyuna 7 qələbəsi 2 heç-heçəsi və 1 məğlubiyyəti olan “Union”u qəbul edir. Əlbətdə ki təslim olmaq istəməyəcəklər. Amma reallıq bu günə budur. Lider “Union” qələbə qazanıb növbəti 3 xalını yazdıracaq.

“Lill” – “Monaco” – Q/Q

Fransa çempionatının turnir cədvəlindəki iki qonşu komandalar qarşılaşır. Ev sahibi 11 oyun 6 qələbə 1 heç-heçə 4 məğlubiyyət, 19 xalla 7 pillədə qərarlaşıb. “Monako” 11 oyun 6 qələbə 3 heç-heçə 2 məğlubiyyət, 21 xalla 6 yerdədir. Hər iki komanda hücum futboluna üstünlük verir. Liderlər qrupundan geri qalmaq istəmirlər. Qarşılaşmalarının çoxunda qol və ya qollar vurulur. Favoriti açıq aydın görmürəm. Optimal olan proqnoz qol-qoldur.

Mr. X

Əvvəlki yazı

Günün kuponu – 23.10.2022

Növbəti yazı

“Milan”da Pioli qərarı