Günün kuponu – 23.07.2022
“Bodo Qlimt” – “Jerv” – 2,5 ÜST
“Bodo Qlimt” 3 gün əvvəl Çempionlar Liqasında gözlənilmədən Şimali İrlandiyada “Linfild”ə məğlub oldu. İndi 4 gün sonra cavab matçında bunun əvəzini çıxmalıdırlar. Autsayderlər qrupunda yer alan “Jerv” rəqibin belə sıx qrafikə oynamasından istifadə edə bilər. Qonaqların qələbəsinə, ya heç-heçəsinə deyil, qol vuracağına inanıram. Tərəflərin əvvəlki duelləri kimi bu görüşün də məhsuldar keçəcəyini düşünürəm.
“Oulu” – “Mariehamn” – 2,5 ÜST
“Mariehamn” kubok oyunları da daxil son 8 matçın hamısında qol və ya qollar vurub. “Oulu” isə son qarşılama istisna, qalan 7 oyunun hamısında fərqlənib. Tərəflərin öz aralarındakı görüşlər də adətən bol qollu keçir. Ənənənin davam edəcəyini gözləyirəm.
“Malmö” – “Sirius” – 1
“Malmö” bu rəqibə qarşı keçirdiyi 12 matçın heç birində uduzmayıb. ÇL-də “Jalgiris”ə məğlubiyyətin (0:1) əvəzini “Sirius”dan çıxmağa çalışacaqlar. Xal itkisi yol verilməzdir, çünki liderlərlə 4 xallıq fərq arta bilər. Ona görə oyun 1 variantına üstünlük verirəm.