Sürpriz kupon – 23.07.2022
“Malmö” – “Sirius” – 2,5 ÜST
15 turda 19 qol vuran “Malmö”nün hucum xəttindən narazı qalmağa əsas yoxdur. Hərçənd ÇL-də 3 gün əvvəl Litva çempionuna qapısına isveçlilərin hücum xətti yol tapa bilmədi. Fikrimcə, “Jalgiris” matçındakı uğursuzluq bu oyunda təkrarlanmaz. “Sirius”un da asan rəqib olmadığını nəzərə alsaq, 2,5 üst variantına güvənmək olar.
“Rusenborq” – “Tromse” – QOL/QOL
Tərəflər arasında “Rusenborq”un meydanında keçirilən son 6 görüşün hamısı 2,5 üstlə bitib. Bu ehtimal yenə yüksəkdir. Sadəcə, 1:1-lik bərabərlikdən “sığortalanmaq” üçün 2,5 üst deyil, qol /qol variantına üstünlük verirəm.
“Legiya” – “Zaqlembe” – QOL/QOL
Hər iki komanda yeni mövsümə heç-heçə ilə başlayıb. Məncə, ilk turda 0:0 oynayan “Zaqlembe” mövsümdə qol hesabını bu oyunda açacaq. “Legiya” da təbii ki, borclu qalmayacaq. Tərəflərin son 5 görüşündə olduğu kimi bu matçın da bol qollu olacağını təxmin edirəm.