Günün kuponu – 23.05.2024

Günün kuponu – 23.05.2024

Kalyari – Fiorentina 2,5 ÜST

Konfrans Liqasında final oynayacaq “Fiorentina” növbəti mövsümdə avrokubokları təmin etmək üçün “Kalyari” səfərində mütləq qələbə qazanmalıdır. “Kalyari” əsas tapşırığın öhdəsindən gəlib, A Seriyasında yerini təmin edib. Bu səbəbdən ehtiyatlı davranmağa əsas yoxdur. Məncə bizi açıq futbol və bol qollu oyun gözləyir.

Penyarol – Proqreso 1

Uruqvay liqasının lideri “Penyarol” çempionluq yolunda “Proqreso” əngəlini aşmalıdır. Məncə, komandalar arasındakı səviyyə fərqi özünü göstərəcək və meydan sahibləri rahat qələbə qazanacaqlar.

Neymegen – Qou Exed İqlz QOL/QOL

Konfrans Liqasına vəsiqə uğrunda görüş hər iki komanda üçün böyük əhəmiyyət kəsb edir. Kimin qələbə qazanacağını demək çətindir. Amma qarşılıqlı qolların olacağını ehtimal edə bilərik. Statistika da belə deyir.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

“Şamaxı” çempion!

Növbəti yazı

Sürpriz kupon – 23.05.2024