Günün kuponu – 21.06.2022
“La Fiorita” – “İnter Eskaldes” 2
Çempionlar Liqasının ilkin mərhələsində heç kimin yaxından tanımadığı bu cür klublar mübarizə aparır. San Marino və Andorra klublarının futbolçuları adətən yarımhəvəskar statusa malik olurlar. Məsələn,”Inter”in heyətində çıxış edən müdafiəçi İldefons Limanın 42 yaşı var. Andorra klubunda vaxtilə İspaniya liqalarında oynamış futbolçular var deyə “İnter” az da olsa, favoriti hesab edilir.
“Levadiya” – “Vikinqur” 2
Bu cüt barədə də proqnoz vermək çətindir. Komandaların gücü aşağı-yuxarı bərabərdir. Sadəcə ÇL-də seçmə oyunların İslandiyada keçirilməsi “Vikinqur”u bir qədər daha şanslı edir.
“Ximnasiya La Plata” – “Rasinq” ALT 2,5
Argentinada çempionat yeni başladığından komandaların real gücünü bilmək olmur. “Rasinq” “Ximnasiya”nı yalnız bir xal qabaqlayır. Hər iki komandanın oyunları elə də məhsuldar alınmır. Bu klublar arasındakı son 2 matçda isə hesab açılmayıb.