Günün kuponu – 21.03.2024
Yunanıstan – Qazaxıstan – 1
AVRO 2024-ə son 3 vəsiqə uğrunda mübarizə başlayır. UEFA Millətlər Liqasında 3 divizionda (A, B, C) yüksək yer tutan ümumilikdə 12 komanda “Almaniya qatarına” son “biletləri” əldə etməyə çalışacaq. Qazaxıstan millsinin oyunu diqqətçəkən olsa da, final matçının Afinada keçiriləcəyini nəzərə alsaq, Yunanıstan yığması çılğın azarkeşləri qarşısında çətin ki, rəqibə şans verə.
Polşa – Estoniya – YOX/QOL
AVRO 2024-ə vəsiqə uğrunda mübarizədə Estoniyanın Polşa qarşısında demək olar ki, şansı yoxdur. Fikrimcə, daha səviyyəli Polşa yığması rəqibə hətta bir qol belə vurmağa imkan verməyəcək.
Şotlandiya U-21 – Qazaxıstan U-21 – 2,5 ÜST
21 yaşınadək futbolçular arasında AVRO 2025-in seçmə mərhələsinin oyunu. 5 turda 10 xal toplayan şotlandlar qrupda İspaniyadan sonra 2-cidir. Qazaxıstan isə 3 xalla qrupda yalnız Maltanı qabaqlayır. Şotlandlar 5 oyunda 7 qol vurub, Qazaxıstan isə eyni sayda top buraxıb. Komandaların indiyə qədər baş tutan iki görüşü də məhsuldar alınıb (2:1 və 2:2). Bu dueldə azı 3 qol qeydə alınacağını düşünürəm.