Sürpriz kupon – 21.03.2024

Sürpriz kupon – 21.03.2024

Gürcüstan – Lüksemburq – 1

Lüksemburq millsi son illərdə çox inkişaf edib. Amma bu Gürcüstan üçün olduqca vacib oyundur. Qalib tərəf finala vəsiqə qazanacaq və daha bir qələbə AVRO 2024-ə vəsiqə verəcək. İndiyədək bu komandaların heç biri Avropa çempionatlarının final mərhələsində oynamayıb. Ona görə də amansız mübarizə gedəcəyini təxmin etmək olar.

Polşa – Estoniya – 1-ci hissə – Polşa

Polyaklar matçın aşkar favoritidir. Hələ söhbət Avropa Çempionatına vəsiqə baxımından əhəmiyyətli görüşdən gedirsə. Əlbəttə, Estonlar da asanlıqla təslim olmayacaq. Bununla belə, məncə, meydan sahibi artıq ilk yarıda qələbənin əsasını qoyacaq.

Bosniya – Ukrayna – ən çox qol vurulduğu hissə – 2-ci hissə

AVRO 2024-ə yollanmağa hər iki komandanın potensialı imkan verir. Oyun Bosniyada keçiriləcəyindən meydan sahibinin cüzi üstünlüyü var. Məncə, son saniyəyə qədər bu dueldə mübarizə səngiməyəcək. İlk yarıda tərəflər daha ehtiyatlı oynaya bilər, bu səbəbdən, 2-ci hissədə daha çox qol vurulacağını təxmin edirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 21.03.2024

Növbəti yazı

Kurtua əməliyyat olundu