Günün kuponu – 20.09.2023

Günün kuponu – 20.09.2023

“Real” (Madrid) – “Union Berlin” – 1

UEFA Çempionlar Liqasının daimi favoritlərindən olan Madrid “Real”ının qrup mərhələsinin elə ilk turunda sürprizə imkan verəcəyinə inanmıram. “Kral klubu” həm heyət, həm təcrübə baxımından Almaniya təmsilçisini xeyli üstələyir. Ona görə bu görüşdə rahatlıqla “Real”ın qələbsinə mərc edirəm.

“Bavariya” – “Mançester Yunayted” – QOL/QOL

Bu, 1999-cu ilin məşhur finalı olmasa da, tərəflər bütün duelləri elə final kimi prinsipial xarakterli olur. “Yunayted” ser Aleksin dövründəki “qızıl komanda”nın yalnız “kölgəsi”ni xatırladır, bununla belə, onların səfərdə “Bavariya” qol vuracağı mümkünsüz deyil. Münhen klubunun qol vuracağı isə fikrimcə, ümumiyyətlə müzakirə mövzusu deyil.

“Arsenal” – PSV – 1-ci hissə künc zərbələri – “Arsenal”

“Arsenal” hazırda yaxşı formadadır. Çempionlar Liqasına qələbə ilə başlamağa çalışacaqlar. Məncə, əsas “silahları” olan kornerlərdən bu oyunda da çox istifadə edəcəklər.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Atletiko”nun Simeone planı

Növbəti yazı

Sürpriz kupon – 20.09.2023