Sürpriz kupon – 20.09.2023
“Bavariya” – “Mançester Yunayted” – 1-ci hissə cüt şans 12
Bu matçda azı 2-3 qolun vurulacağını təxmin edirəm. Fikrimcə, hesab ilk yarıda açılacaq, tərəflərdən biri fasiləyə hesabda üstün yollanacaq.
“Braqa” – “Napoli” – 1-ci hissə cüt şans 12
Hər iki komanda qrup mərhələsinə qələbə ilə başlamaq iddiasındadır. Həm “Braqa”, həm də “Napoli”nin hücum potensialı yaxşıdır. Ona görə bu oyunda hesabın ilk yarıda açılacağını təxmin etmək olar.
“Benfika” – “Zalsburq” – 1
“Zalsburq” hazırda Avstriya liqasında lider olsa da, Lissabon səfərində “Benfika”dan xal alacağını gözləmirəm. Portuqaliya təmsilçisini qarşıda “İnter” və “Real Ssoyedad”la ağır oyunları var. Ona görə ilk qələbəni qazanmaq şansını əldən verməzlər.