Günün kuponu – 20.05.2023
“Liverpul” – “Aston Villa” -1-ci hissə cüt şans 12
Hər iki komanda üçün çox vacib oyundur. 5-ci sırada yer alan “Liverpul” Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqə verən ilk “dördlüy”ə, 8-ci sırada qərarlaşan “Aston Villa” isə avrokubok zonası olan “yeddiliy”ə düşmək üçün qələbə qazanmalıdır. Qaarşılıqlı qollar gözlədiyim oyun olduğundan fikrimcə, hesab artıq ilk yarıda açılacaq və tərəflərdən biri fasiləyə hesabda öndə yollanacaq.
“Bornmut” – “Mançester Yunayted” – 2,5 ÜST
“MY” payızda Çempionlar Liqasının qrup mərhələsində oynamaq üçün hazırki mövqeyini -4-cü sıranı əldən verməməlidir. Xal itkisi “Liverpul”un “Yunayted”i turnir cədvəlində keçməsi ilə nəticələnə bilər. “Bornmut”un isə itiriləcək nəyisə qalmayıb. Rahat oynayacaq. Belə matçlar adətən məhsuldar keçir.
“Bavariya” – “Leypsiq” – 1ci hissə cüt şans 12
Növbəti çempionluğa doğru addımlayan “Bavariya”nın 3-cü sıradakı “Leypsiq”lə dueli inanmıram ki, sıxıcı bir qarşılaşma olsun. Komandaların qol vurmaq potensialı yetərincə yüksəkdir. Fasiləyə qədər hesabdakı bərabərliyin pozulacağını düşünürəm.