Sürpriz kupon – 20.05.2023
“Bavariya” – “Leypsiq” – QOL/QOL
Bundesliqanın bu mövsümdə ən çox qol vuran 3 komandasından ikisi qarşılaşır. Üstəlik, “Bavariya” çempionluq, “Leypsiq” ÇL-ə vəsiqə uğrunda mübarizə aparır. Qarşılıqlı qollar məncə, bu matç üçün ən uyöğun variantdır.
“Nottengem Forest” – “Arsenal” – 1ci hissə cüt şans 12
“Arsenal”ın cüzi də olsa, çempionluq ümidi qalır. Hərçənd “Siti” çətin bu şansı əldən verə. “Nottengem Forest”in isə vəziyyəti ağırdır. Premyer liqada yerini qorumaq üçün onlara qələbə çox vacibdir. Hər iki komandanın vəziyyəti matçın bol qollu olacağına işarə edir. Belədə ilk yarıda hesabdakı bərabərliyin pozulmasını təxmin etmək olar.
“Verder” – “Köln” – 1-ci hissə cüt şans 12
Hər iki komanda üçün mövsüm vaxtından əvvəl bitib. İstənilən nəticənin qeydə alınma ehtimalı yüksəkdir. Ona görə tam matça deyil, yalnız ilk hissəyə – bərabərliyin pozulacağına mərc edirəm.