Günün kuponu – 20.01.2022
“Elçe” – “Real” – 2
2022-ci il “Elçe”yə düşərli olub. 3 görüşdə minimal hesablı qələbə qazanıb, 1 oyunda heç-heçəyə razılaşıb. İspaniya Superkubokunu qazanan kral klubu ardıcıl 4 görüşdə qalib gəlib. Fikrimcə bu oyunda “Real”da əsas heyətə düşə bilməyənlərə şans veriləcək. Onlar isə özünü göstərmək üçün maksimum inamlı oyun nümayiş etdirəcək. Yəni “Real”ı İspaniya Kubokunda 1\8 finalda dayandırmaq çox çətindi. Sürprizə inanmıram və “Real”dan qələbə gözləyirəm.
Qambiya – Tunis – X
Qambiya rəqibləri təəccübləndirməyi bacarıb. İki oyunda 4 xal toplayan komanda qrupda liderdi. Aktivində 3 xalı olan Tunis ən yaxşı üçüncü yerin sahibi kimi pley-offa vəsiqə qazana bilər. Bu komandalar cəmi 1 dəfə üz-üzə gəlib, həmin yoldaşlıq matçında Qambiya qələbə əldə edib. Heç-heçə olacağı təqdirdə Qambiya ikinci yeri tutur, Tunis isə üçüncü yerlə pley-offa çıxa bilər.
“Arsenal” – “Liverpul” – ÜST2.5
İngiltərə Liqa Kubokunda finala vəsiqə uğrunda “Arsenal” və “Liverpul” arasında ilk duel qolsuz bərabərliklə başa çatıb. Bu oyunda qol vurmaq lazım olacaq. Heyətdə itkilərə baxmayaraq ÜST2.5-i real seçim hesab edirəm. Fikrimcə “topçular”la “Liverpul”un duelində azarkeşlər ən azı 3 qol izləyəcək.