Sürpriz kupon – 20.01.2022
“Arsenal” – “Liverpul” – 2
İngiltərə Liqa Kubokunda finala vəsiqə uğrunda “Arsenal” və “Liverpul” arasında ikinci duel maraqla gözlənilir. İlk oyun 0-0 hesabı ilə başa çatdığından aşkar favorit yoxdur. “Arsenal”da Caka (cəzalıdı), Obameyanq (səhhətində problem var), Parti, Pepe və El-Nenni (millinin düşərgəsindədir) oyunda olmayacaq. “Liverpul”da isə Keyta, Mane və Salah Afrika Millətlər Kubokunda görə komandaya kömək etməyəcək. Bununla belə mersisaydlıların qələbəsinə inanıram.
“Hetafe” – “Qranada” – X
Son oyunlarda yaxşı təsir bağışlayan “Hetafe” təhlükəli zonadan uzaqlaşmağa nail olub. Buna görə qonaqların heç-heçəyə oynayacağını gözləyirəm. “Qranada” son 9 oyundan altısında “sülh”ə razılaşıb. Ona görə risk edərək heç-heçəni seçirəm.
“Atletik” – “Barselona” – QQ
Hər iki komanda Super Kubok matçında mübarizə aparıb. “Atletik” finala vəsiqə qazandı, “Barselona” isə son dəqiqə qolu sayəsində “Real”a uduzdu. “Barselona” yenidən formalaşır, qələbəsinə inanmaq çox risklidi. “Atletik Bilbao” isə kubok turnirlərində böyük təcrübəyə malikdir və lazım olan nəticəni qazanmağı bacarır. Ona görə qol\qol seçimi daha real görünür.