Günün kuponu – 19.01.2024

Günün kuponu – 19.01.2024

Maynts – Yunion Berlin QOL/QOL

Bundesliqada autsayderlərin duelinə mərc etmək təklif olunub. Cari mövsümü bərbad keçirən iki komanda 15-16-cı yerlərdədir. “Maynts” heç-heçələr üzrə rekordçudur – aktivində 8 bərabərlik var. Statistikaya əsasən komandalar əksər oyunlarda meydanı qolsuz tərk etmir. Məhz bu səbəbdən qol-qol seçimini real görürəm.

İraq – Yaponiya 2

Asiya Kubokunda qrup liderliyi uğrunda mübarizə. İlk turu qələbəylə başa vuran İraq millisi hesabat turunda Yaponiyaya rəqib olacaq. Yaponlar həm heyət, həm də oyun baxımından rəqibi üstələyir. Bu dueldən sürpriz nəticə gözləmirəm. Yaponların asan qələbəsinə inanıram.

Kapo Verde – Mozambik 1

Afrika Millətlər Kubokunda maraqlı oyunlar təqdim olunur. Məsələn, autsayder hesab olunan Mozambikin 1 oyundan sonra iddialı Misir yığmasıyla eyni – 1 xalı var. İndi Mozambik seçməsi “Kapo Verde”ylə qarşılaşacaq. Son dəfə Mozambik bu rəqibi uzaq 2014-cü ildə üstələyib. “Kapo Verde”nin bu oyunda qalib gələcəyini düşünürəm. Qələbə onları növbəti mərhələyə vəsiqəylə təmin edəcək.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Kolvil “Liverpul”un hədəfində

Növbəti yazı

Sürpriz kupon – 19.01.2024