Günün kuponu – 18.07.2022
“Odense” – “Nordsyeland” – Q/Q
Yeni start götürən Danimarka Superliqasında ilk turun oyununa proqnoz vermək asan deyil. Yoldaşlıq görüşlərinə əsasən “Odense”nin heyət baxımından gücləndiyini söyləmək olar. Digər tərəfdən statistika klubların mütəmadi olaraq heç-heçə oynadığını göstərir.
İslandiya – Fransa – 2
Qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində liderlər üz-üzə gəlir. Fransa maksimum xalla qrupda liderdi. İslandiya digər rəqiblər Belçika və İtaliya ilə heç-heçə oynamaqla ikinci pillədədir. Qonaqlar ümumilikdə turnirin favoritlərindan sayılır. Fransa qələbə qazanmaqla növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edəcək.
İtaliya – Belçika – Q/Q
Hər iki ölkənin qadınlardan ibarət yığması seçmə mərhələyə uğurlu başlamayıb. Aktivində 1 heç-heçə və 1 məğlubiyyət olan İtaliya və Belçika 3-cü qrupda son pillələrdə qərarlaşır. Son oyunlara əsasən hər iki komandanın bərabər gücdədir. Qələbə hər ikisinə çox vacib olduğundan qol\qol seçimini real sayıram.