Günün kuponu – 17.05.2023
“Mançester Siti” – “Real” QOL/QOL
“Mançester Siti” ilk oyunda səfərdə heç-heçə (1:1) etdiyindən cavab matçında öz meydanında favoritdir.
“Siti” İngiltərə Premyer Liqasında çempionluğa gedir, indi isə məqsəd ÇL-də finala çıxmaqdır.
“Real” hələ ki yalnız İspaniya kubokunu qazanıb. La Liqada “Barselona” çempionluğu rəsmiləşdirdi.
Madrid klubu ÇL-də tam başqa olur, bunu rəqiblər də qəbul edir. Güman edirəm ki, qonaqlar səfərdə də qol vura biləcək.
“Ankaragücü” – “Antalyaspor” 1
Komandalar turnir cədvəlində qonşudurlar. “Antalyaspor” 36 xalla 12-ci, “Ankaragücü” isə 35 xalla 13-cü pillədədir.
Paytaxt təmsilçisi son 3 oyunda qalib gələ bilməyib.
“Antalyaspor” son turda öz meydanında “Beşiktaş”a məğlub oldu – 1:3.
Ankara klubu son iki oyunda “Antalyaspor” üzərində qələbə qazanıb. Bu dəfə də doğma meydan amili onların tərəfində olacaq.
“Başakşehir” – “Ümraniyespor” QOL/QOL
Təhlükəli zonada olan “Ümraniyespor” Super Liqada qalmaq uğrunda mübarizə aparır.
5-ci pillədə olan “Başakşehir”in isə avrokuboklara getmək şansı demək olar ki, yoxdur.
Bu komandalar arasında son iki oyunda “Başakşehir” qalib gəlib və qol\qol qeydə alınıb.